Əsas səhifəArxivXəritə | AzeRusEng

Layihələr

Kimya sənayesi

Şəhər üzrə istehsal olunan sənaye məhsulunun 60 faizdən çoxu kimya və neft-kimya sənayesi müəssisələrinin payına düşür. Ölkənin iri kimya və neft-kimya müəssisələrindən "Etilen-polietilen", "Səthi aktiv maddələr", "Sintezkauçuk" və "Üzvi sintez" zavodları, "Sumqayıt Superfosfat" ASC və В«Azərbaycan məişət mallarıВ» ASC və "Sumqayıt aşqarlar" ASC Sumqayıt şəhərində yerləşir və fəaliyyət göstərir.

В«AzərikimyaВ» Dövlət Şirkətinin Sumqayıt В«Etilen-polietilenВ» zavodu
1987-ci ildə В«SintezkauçukВ» zavodunda В«EP-300В» kompleksi işə buraxılmışdır. Kimya sənayesinin baza müəssisəsi olan В«Etilen-polietilenВ» zavodu 1999-cu ildən В«EP-300В» və В«Polimir-120В» istehsalatları əsasında dövlət müəssisəsi kimi fəaliyyət göstərir.
1994-cü ilin oktyabrında В«Polimer-120В» tipli yüksəktəzyiqli polietilen istehsalı qurğusu, 9 saylı polietilen sexi, 10 saylı divinilin ayrılması sexləri, SDS-5 qurğusu, В«Üzvi-SintezВ» zavodunun tərkibindən, В«EP-300В» istehsalatı isə В«SintezkauçukВ» zavodunun tərkibindən çıxarılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.08.94-cü il tarixli 313 saylı qərarı ilə və В«AzərikimyaВ» Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli 128 в„–-li əmrinə əsasən yeni təşkil edilmiş В«Etilen-PolietilenВ» zavodunun tərkibinə daxil edilmişdir.
Müəssisənin tərkibində olan Buxar Generator kompleksi (BGK) 2001-ci ildə istismara verilmişdir.
Qurğu В«Etilen-polietilenВ» zavodunu, eləcə də В«AzərikimyaВ» Dövlət Şirkətinin müəssisələrini 110 və 16 atmosferlik buxarla və elektrik enerjisi ilə təmin edir. Hazırda müəssisədə etilen, propilen, polietilen istehsal olunur.

В«AzərikimyaВ» Dövlət Şirkətinin Sumqayıt "Üzvi sintez" zavodu
В«Üzvi sintezВ» (keçmiş Sumqayıt kimya kombinatı) zavodunun tikintisinə 28 iyul 1958-ci ildə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı əsasında icazə verilmişdir. Zavodun tikintisinə 1960-cı ildə başlanılmış və Sumqayıt kimya kombinatı SSRİ Kimya Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir.
Zavodda ilk işə buraxılan obyekt qazayırma qurğusu 1964-cü ildə istismara verilmişdir. 1963-cü ildə ilk texnoloji obyekt – qazı fraksiyalara ayıran qurğu, sonrakı illərdə digər sexləri işə düşmüşdür.
1965-ci ildə neft-kimya kombinatı adlandırılmışdır. Sonralar adı bir neçə dəfə dəyişdirilmiş, müxtəlif idarə və nazirliklərin, o cümlədən 1971-ci ildən 1979-cu ilədək В«SumqayıtkimyasənayeВ» Istehsalat Birliyinin tabeliyində olmuşdur. 31 dekabr 1992-ci ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Sumqayıt В«Üzvi sintezВ» zavodu kimi fəaliyyət göstərir.

В«AzərikimyaВ» Dövlət Şirkətinin Sumqayıt В«Səthi aktiv maddələrВ» zavodu
M.Əzizbəyov adına Sumqayıt В«Kimya zavodu»–SSRİ kimya sənayesinin iri müəssisələrindən biri, Sumqayıt kimyasının ilki, "Soyuzxlor" ümumittifaq sənaye birliyinə daxil idi. 1979-cu ildə yaradılmışdır. Birliyin əsasını təşkil edən Sumqayıt В«Kimya zavoduВ»nun tikintisinə 1943-cü ildə başlanılmış, 1945-ci ildə ilk məhsul-kaustik soda alınmışdır.
1950-1956-cı illər - SSRİ kimya sənayesinin nəzdində В«OzeroВ» zavodu, 1956 -1962-ci illər - SSRİ kimya sənayesinin nəzdində məxfi 240 в„–-li poçt yeşiyi müəssisəsi, 1962-1971-ci illər SSRİ kimya sənayesinin M.Əzizbəyov adına Sumqayıt В«Kimya zavoduВ», 02.01.1971-ci ildən SSRİ kimya sənayesinin M.Əzizbəyov adına Sumqayıt В«Xlor üzvi məhsullar zavoduВ», 25.11.1971-ci ildən SSRİ kimya sənayesinin В«Sumqayıt kimyasənayeВ» zavodu, 01.04.1979-cu ildən SSRİ kimya sənayesinin
M.Əzizbəyov adına Sumqayıt В«KimyasənayeВ» Istehsalat birliyi, 11.05.1992-ci ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Səthi aktiv maddələr Sumqayıt Elm-istehsalat kommersiya firması, 31.12.1992-ci ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Sumqayıt В«Səthi aktiv maddələrВ» İstehsalat birliyi, 24.08.1994-cü ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Sumqayıt В«Səthi aktiv maddələrВ» zavodu kimi fəaliyyət göstərir. Hazırda müəssisədə maye xlor, maye və quru soda, xlorid və sulfat turşusu, dixloretan, В«BəyazВ» ağardıcı maddəsi kimi məhsullar istehsal olunur.

В«AzərikimyaВ» Dövlət Şirkətinin Sumqayıt В«SintezkauçukВ» zavodu
Sovet Azərbaycanının 40 illiyi adına Sintezkauçuk təcrübə zavodu – Azərbaycan SSR neft kimyası sənayesi müəssisəsi idi.
1935-ci ildə yaradılmışdır. 1941-ci ildə sintetik spirt və kauçuk sexlərinin tikintisinə başlanılmış, lakin Böyük vətən müharibəsi ilə əlaqədar dayandırılmışdır. 1945-ci ildə yenidən tikintiyə başlanılmış və 1952-ci ilin avqustunda etil spirti sexləri kompleksi istifadəyə verilmişdir. Həmin ildə SSRİ-də ilk dəfə olaraq zavodda neft qazlarının emalı əsasında sintetik etil spirti alınmağa başlandı.
1957-ci ildə monomer və butadien-stirol kauçuku istehsal edən sexlər işə salındı. 1992-ci ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Sumqayıt В«SintezkauçukВ» İstehsalat birliyi, 1994-cü ilin avqust ayından В«AzərikimyaВ» Dövlət Şirkətinin tərkibində Sumqayıt В«SintezkauçukВ» zavodu kimi fəaliyyət göstərir. Hazırda müəssisədə texniki və mütləqləşdirilmiş izopropil spirti, texniki efir, butadien və butil-izobutilen fraksiyaları istehsal olunur.

В«Sumqayıt superfosfatВ» ASC
SSRİ Nazirlər Sovetinin 09 fevral 1956-cı il tarixli 185-192 saylı qərarına əsasən SSRİ Kimya Nazirliyi В«SuperfosfatВ» zavodunun Sumqayıt şəhərində tikilməsini 25 fevral 1956-cı ildə 118/24 saylı əmri ilə təsdiqləmişdir. Zavodun təməli 1958-ci ilin noyabr ayında Sumqayıt şəhərindən 3 km cənubi qərbdə və Bakı şəhərinin 35 km şimalında Sumqayıt sənaye rayonunda qoyulmuşdur. Sumqayıt В«SuperfosfatВ» zavodu 1961-ci ildə istismara verilmiş, zavodun öz istehsalı olan sulfat turşusu bazasında sadə superfosfat gübrəsinin istehsalında ixtisaslaşmışdır.
Ilk sulfat turşusu sexi 1962-ci ilin yanvarında, ən böyük sadə superfosfat sexi 1963-ci ildə, dənəvər superfosfat sexi 1964-cü ildə, ftorlu alüminium sexi 1966-ci ildə, ikipilləli kontaktlaşma üsulu ilə işləyən sulfat turşusu sexi (SK-25) 1975-ci ildə işə salınmışdır.
1971-ci ildən 1979-cu ilədək В«SumqayıtkimyasənayeВ» Istehsalat Birliyinin tərkibində olmuş, SSRİ Kimya Sənayesi Nazirliyi 1979-cu ildə birliyə daxil olan müəssisələri ayırıb müstəqil müəssisə – Sumqayıt В«SuperfosfatВ» zavodu yaradılmışdır. 2001-ci ilin noyabr ayından müəssisə В«Sumqayıt superfosfatВ» ASC-yə çevrilmişdir. Hazırda müəssisə sulfat turşusu istehsal edir.

В«Azərbaycan məişət mallarıВ» ASC
Sintetik yuyucu maddalər istehsalı layihə tapşırığına uyğun Azərbaycan Respublikası Nazirlər Sovetinin 12.04.1962-ci il tarixli 343 в„–-li Qərarına əsasən yaradılmışdır. 1 saylı istehsal 1966-cı ildə 30 min t/il məhsuldarlıqla istismara verilmişdir. 2 saylı istehsalat məhsuldarlığı 60 tn/il ittifaq Dövlət Layihə Institutu tərəfindən layihələndirilmiş, 1978-ci ildə istismara verilmişdir. 1966-cı ildə məhsuldarlığı 30 tn/il olan 14 saylı sex Sumqayıt В«Kimya zavoduВ»nun tərkibində yaradılmışdır.
1971-ci ildə 14 saylı Sumqayıt В«Kimya zavoduВ»nun sexi Sumqayıt В«Sintetik yuyucu vasitələrВ» zavodu adlandırılmışdır. 04.01.1971-ci ildə Sumqayıt В«Sintetik yuyucu vasitələrВ» zavodu Kimya Sənayesi Nazirliyinin tərkibinə verilmişdir. 01.11.1983-cü ildən Sumqayıt В«Məişət kimyasıВ» istehsalat birliyi adlandırılmışdır. 24.08.1994-cü ildən В«AzərikimyaВ» Dövlət Şirkətinin 313 saylı 24.08.1994-cü il tarixli əmrinə əsasən Sumqayıt В«Məişət kimyasıВ» zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin 310 saylı 27.12.2001-ci il tarixli Sərəncamı ilə Sumqayıt В«Məişət kimyasıВ» ASC elan edilmişdir.
Sumqayıt В«Məişət kimyasıВ» ASC səhmdarlarının 22.04.2006-cı il tarixli 1 saylı Protokolunun qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt Bölgə şöbəsinin 22.05.2006-ci il tarixli 02.06-S-25-3235 saylı şəhadətnaməsinə əsasən tam rəsmi adı dəyişilərək В«Azərbaycan məişət mallarıВ» ASC-yə çevrilmişdir. Hazırda müəssisədə kalsium karbonat, perlit, kərpic, maye şüşə istehsal olunur.

В«Sumqayıt aşqarlarıВ» ASC
Azərbaycan SSR neft emalı və neft kimyası sənayesi müəssisəsi olmuş, SSRİ-də aşqar istehsalına görə ən böyük zavod olmuşdur. BFK və IXP-101 markalı aşqarlar, sulfidalkilfenol və formalin istehsal edirdi. 1957-ci ildə Sov.IKP-nin XXII qurultayı adına Bakı neftayırma zavodunun tərkibində Sumqayıtda aşqar istehsal edən AZNII-7 qurğusunun təməli qoyulmuş, 1960-cı ildə ilk məhsul vermişdir. 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılmış, BFK-1 aşqarı istehsal edən sex işə salınmışdır. 1968-ci ildə formalin, 1970-ci ildə yeni yüksək effektli BFK aşqarı istehsalına başlanmışdır. 1975-ci ildə BFK-1 aşraqı istehsalı əsasında daha təkmil IXP-101 aşqarı buraxılışı təşkil olunmuşdur. IXP-101 aşrarı respublikada buraxılan dizel sürtgü yağlarına əlavə etmək üçündür. 2003-cü ilin noyabr ayından В«Sumqayıt aşqarlarıВ» ASC-yə çevrilmiş, В«Titan-NefteximВ» şirkətinin tərkibində fəaliyyət göstərir. Hazırda həlledicilər, boyalar istehsalı ilə məşğuldur.

Ümummilli Lider Sumqayıtda

Sumqayıtlılar Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevin diqqət və qayğısını həmişə hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənaye strukturlarının formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun müstəsna əməyi vardır. Siyasi hakimiyyəti dövründə 16 dəfə Sumqayıtda olan cənab H.Əliyevin hər səfəri şəhərin tarixində əlamətdar hadisə olmuşdur.


Mədəniyyət

Sumqayıtın sakinlərinə coxsaylı mədəniyyət obyektləri, kitabxanalar, klublar, kinoteatrlar və parklar xidmət göstərir. Bunların arasında Ərəblinski adına Dram teatr, Kimyaçılar Mədəniyyət Sarayı, Azərbaycanın məşhur şairi Səməd Vurğun adına Mədəniyyət Sarayı, Rəsm Qalareyası və Sumqayıt Tarix Muzeyi xüsusilə qeyd edilməlidir. 1998-ci ildə salınmış Heydər Əliyev adına şəhər parkı isə sakinlərin sevimli istirahət yerlərindən biridir.


İnzibati orqanlar

Polis idarəsi
Sumqayıt prokurorluğu
Sumqayıt Məhkəməsi
İqtisad məhkəməsi
Apeyasiya məhkəməsi
Hərbi prokurorluq
Hərbi məhkəmə


Səhiyyə

Sumqayıtda Səhiyyə Şöbəssi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər В«Sumqayıt şəhər Səhiyyə şöbəsiВ» adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində 3 saylı Birləşmiş xəstəxanadır.


Sənaye infarstrukturu

Kimya sənayesi
Maşınqayırma
Metallurgiya
Yeyinti sənayesı
Yüngül sənaye


Ekologiya və ətraf mühüt

Birinci mərhələ müharibə illərindən 70-ci illərə qədərki dövrü əhatə edir. Bu dövrdə şəhərin sənaye infrastrukturu demək olar ki, tam formalaşdırılmışdı və indiki əksər iri müəssisələr artıq fəaliyyətə başlamışdı. Ancaq heç bir müəssisənin hətta layihəsində də mühiti mühafizə tədbirləri nəzərdə tutulmurdu. Yalnız istehsal naminə prinsipi ilə işləyən müəssisələrin bütün tullantıları heç bir dəyişiklik edilmədən ətraf mühitə tullanılırdı.